Bakı 11˚C Mostly cloudy

Yararsız məhsullar məhv edildi

Cəmiyyət 15:05 15 dek, 2022
Yararsız məhsullar məhv edildi

Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görür, həmçinin bu istiqamətdə sahibkarlıq subyektləri ilə birgə əməkdaşlığı davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Qazet.az-a verilən məlumata görə, “AZ FP CO LTD” MMC-nin istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı müraciəti əsasında 72 adda 9,6 ton müxtəlif növ süd məhsulu “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.