Bakı 22˚C Partly sunny w/ showers

Yararsız qida qatqısı məhv edilib

Cəmiyyət 12:30 16 noy, 2022
Yararsız qida qatqısı məhv edilib

Azərbaycanda istehlaka yararsız 640 kq qida qatqısı məhv edilib.

Bu barədə Qazet.az-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, istehlaka yararsız və istifadə müddəti bitmiş məhsulların məhv edilməsi ilə bağlı Agentliyə daxil olan müraciət əsasında, “Miras20-İM” MMC-yə məxsus ümumi çəkisi 640 kq qida qatqısı “Təhlükəli Tullantılar” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.