Yardımlıda əri tərəfindən döyülən qadın ağır xəsarətlər alıb
Hadisə
11:23 10 yan, 2022
Müxtəlif bədən xəsarətləri alan qadın təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb

Yardımlı rayonunda həyat yoldaşı tərəfindən döyülən qadın ağır xəsarətlər alıb.
Qazet.az-ın məlumatına görə, hadisə Yardımlı rayonunda qeydə alınıb.
Belə ki, 1982-ci il təvəllüdlü Babayeva Vüsalə Məmmədəli qızı həyat yoldaşı tərəfindən döyülüb.
Müxtəlif bədən xəsarətləri alan qadın təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona sol tərəfli qabırğaların sınığı və döş qəfəsinin küt travması diaqnozları qoyulub. Hadisənin təfərrüatı araşdırılır.