Bakı 17˚C Windy

Yaşadığı ünvanı tərk edən aktiv koronavirus xəstələri aşkarlanıb - FOTO

Gündəm 12:16 10 dek, 2021

Sabirabadda iki aktiv koronavirus xəstəsi aşkarlanıb.

Yaşadığı ünvanı tərk edən aktiv koronavirus xəstələri aşkarlanıb - FOTO

Sabirabadda iki aktiv koronavirus xəstəsi aşkarlanıb.

Qazet.az-a DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, COVID-19 testlərinin nəticələri pozitiv olan Sabirabad rayonu Ulacalı kənd sakini Aqil Məmiyevə və Yolçubəyli kənd sakini Ələkbər Ələsgərova ev şəraitində müalicə təyin olunsa da, həmin şəxslər yaşadıqları ünvanları tərk edərək, infeksiyanın yayılmasına real şərait yaradıblar.

Polis əməkdaşları tərəfindən qaydaları pozan hər iki şəxsin törətdiyi qanunazidd hərəkətin qarşısı alınıb və onlar müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadıqları ünvanlara qaytarılıblar.

Hər iki şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Sabirabad RPŞ-də araşdırmalar aparılır.