Bakı -1˚C Windy

Yasamal rayonunun bir hissəsinə suyun verilişi dayandırılıb

Cəmiyyət 20:57 23 noy, 2022
Yasamal rayonunun bir hissəsinə suyun verilişi dayandırılıb

Bakının Yasamal rayonunun bir hissəsinə suyun verilişi dayandırılıb.

Bu barədə Qazet.az-a "Azərsu" ASC-dən məlumat verilib.

Bildirilib ki, nasos stansiyasında baş vermiş nasazlıqla əlaqədar Yasamal rayonunun Şərifzadə, Zərdabi, A.Abbasov və N.Hikmət küçələrinin bir hissəsinə içməli suyun verilişində fasilə yaranıb. Hazırda qəza-bərpa xidmətinin əməkdaşları nasazlığın aradan qaldırılması üçün ərazidə işləyir.