Bakı 14˚C Sunny

Yasamalda 78 yaşlı qoca yol-nəqliyyat hadisəsində xəsarət alıb

Hadisə 07:10 25 sen, 2022
Yasamalda 78 yaşlı qoca yol-nəqliyyat hadisəsində xəsarət alıb

Bakının Yasamal rayonunda 78 yaşlı qoca kişinin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qazet.az-ın məlumatına görə, 1944-cü il təvəllüdlü Babayev Malik Qəmbər oğlu yaşadığı evin qarşısında yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona hər iki ayağının sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Qaynaq