Yasamalda mənzildə meyit aşkarlanıb
Hadisə
22:32 07 yan, 2023
![Yasamalda mənzildə meyit aşkarlanıb](https://qazet.az/resized/fit900x500/center/pages/139143/0db93005-0634-31c0-8fb8-ee96fc8aa842-850.jpg)
Bakının Yasamal rayonunda mənzildə meyit aşkarlanıb.
Bu barədə Qazet.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
"112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər.