Yasamalda su basmış ərazinin sahəsi AÇIQLANDI

Səhər saatlarında Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 1400 mm-lik magistral su kəmərində qəza baş verib. Qəza nəticəsində ətraf əraziləri su basıb.
Qazet.az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Yasamal Rayon Yanğından Mühafizə Hissəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Rəşad Nəsirov deyib.
O bildirib ki, məlumatla bağlı Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları hadisənin aradan qaldırılması məqsədilə ərazi yerinə cəlb olunub: “Hazırda su basmış ərazidə suyun çəkilməsi işləri davam etdirilir. 3 avtomobil, 7-i müxtəlif texnika suyun çəkilməsi prosesində iştirak edir. Hadisə yerinə gələn zaman məlum olub ki, suyun hündürlüyü təxminən 1 metrdən yuxarıdır. Su basan ərazi təxminən 1500 kvadratmetrdir. Hazırda suyun səviyyəsi müşahidələrimizə görə aşağı düşüb. Müəyyən yerlərdə təxminən 40 santimetr, müəyyən yerlərdə isə 20 santimetrə enib".