Yasamalda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib
Gündəm
23:20 12 noy, 2021
15 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub
Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 40 m² olan mənzilin mətbəxində əşyalar 6 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Qazet.az-a verilən məlumata görə, yanğın zamanı tüstülənmiş mənzillərdən 15 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.