Bakı 6˚C Intermittent clouds

Yasamaldakı yanğınla bağlı cinayət işi başlandı

Cəmiyyət 17:56 19 may, 2022

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib

Yasamaldakı yanğınla bağlı cinayət işi başlandı

Bakıda mənzildə ölümlə nəticələnən yanğın hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

Publika.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, FHN-in Əməliyyat-İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb:

"Hazırda istintaq davam etdirilir. Müvafiq ekspertiza təyin olunub".

Xatırladaq ki, hadisə mayın 17-i saat 22 radələrində paytaxtın Yasamal rayonu, Çingiz Mustafayev küçəsində yerləşən üçmərtəbəli yaşayış binasında baş verib.

Yanğın nəticəsində 7 nəfər xilas olunub, 1948-ci il təvəllüdlü Abdullayeva Yelen Amirovnanın meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.