Bakı 7˚C Hazy sunshine

Yaşayış binaları üçün yeni tələblər qoyulub - VİDEO

Gündəm 16:56 15 dek, 2021

Binalar üçün yeni tələblər qoyulub

Yaşayış binaları üçün yeni tələblər qoyulub - <span style="color:red">VİDEO</span>

''Yaşayış binalarında təhlükəsizlik məqsədilə videomüşahidə sisteminin quraşdırılması tələbi qoyulub''.

Qazet.az Xəzər TV-yə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov bildirib.

Onun sözlərinə görə, bu məsələ yeni təsdiq edilən "Yaşayış binaları. Layihələndirmə normaları"da əksini tapıb.

Yaşayış binalarının liftləri ilə bağlı da minimal tələblər müəyən edilib.

Bundan əlavə, liftlərdə avtomatik təxliyə sistemləri nəzərdə tutulmalıdır. Liftlərin şaxtalarında isə digər qurğuların və kommunikasiya xətlərinin layihələndirilməsinə yol verilmir.

Mənzillərarası səs-küyün qarşısını almaq üçün də tələblər müəyyənləşib. Nəzərdə tutulan səs-küy səviyyəsinin təmin olunması üçün sanitar cihazların və boru kəmərlərin birbaşa mənzillərarası divarlara, həmçinin otaqları ayıran divar və arakəsmələrə birləşdirilməsinə yol verilmir.

Sədr müavini yeni normaların istismarda olan binalara aid edilib-edilməyəcəyinə də aydınlıq gətirib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: