Bakı 23˚C Sunny

Yaşayış binalarının damında radiorele dirəkləri və qüllələrinin quraşdırılması qadağan olunub

Cəmiyyət 13:45 13 dek, 2021

Bu, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının təsdiqlədiyi “Yaşayış binaları. Layihələndirmə normaları”nda əksini tapıb

Yaşayış binalarının damında radiorele dirəkləri və qüllələrinin quraşdırılması qadağan olunub

Azərbaycanda yaşayış binalarının damında verilişlərin kollektiv qəbulu üçün televiziya anteni və radio verilişi şəbəkə dirəyinin quraşdırılması nəzərdə tutulmalıdır.

Qazet.az xəbər verir ki, bu, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının təsdiqlədiyi “Yaşayış binaları. Layihələndirmə normaları”nda əksini tapıb.

Bundan başqa, sənədə əsasən, damda radiorele dirəklərinin və qüllələrinin quraşdırılması qadağandır.