Bakı 15˚C Sunny

Yaşayış binasında partlayış - ölən və yaralananlar var

Gündəm 22:34 25 okt, 2021

Tatarıstanda yaşayış binasında partlayış baş verib

Yaşayış binasında partlayış <span style="color:red">- ölən və yaralananlar var</span>

Tatarıstanın Naberejnıye Çelnı şəhərində yaşayış binasında partlayış baş verib.

Qazet.az xəbər verir ki, yaşayış binasının iki mərtəbəsində bir neçə mənzil dağılıb.

Partlayış Yeni Şəhərdə, 48/21 ünvanında yerləşən panel beşmərtəbəli binada baş verib. Partlayış nəticəsində ölən və yaralananların olduğu bildirilib.

İlkin məlumatlara görə, 4 nəfər yaralanıb, 32 nəfər təxliyə edilib, dağıntılar altında bir neçə nəfər qalıb.

Partlayşın qaz sızmasından baş verdiyi bildirilib.

Hazırda hadisə yerində Fövqəladə Hallar Nazirliyinin xilasetmə briqadaları işləyir.