Yaşı 65-dən yuxarı olan müəllimlərin də əyani tədrisə cəlb olunmasına icazə verilib
Cəmiyyət
13:01 22 sen, 2021
Bu tədrisin təşkili qaydalarında öz əksini tapıb
![Yaşı 65-dən yuxarı olan müəllimlərin də əyani tədrisə cəlb olunmasına icazə verilib](https://qazet.az/resized/fit900x500/center/pages/26464/357d30cc-60e7-4bbd-b16b-7d5ae923001c.jpeg)
Təhsil müəssisələrində əyani formada tədris və təlim-tərbiyə prosesinə yaşı 65-dən yuxarı olan təhsil verənlər də cəlb olunacaq.
Qazet.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nda əksini tapıb.
Eyni zamanda texniki heyət üzrə yaşı 65-dən yuxarı olan işçilər də işə cəlb olunacaq.
Bundan əvvəl təhsil müəssisələrində əyani formada tədris və təlim-tərbiyə prosesinə yaşı 65-dən aşağı olan təhsil verənlər cəlb olunmalı idi.