“Yaşıl sövdələşməyə hazırlığın təşviqi” layihəsinin konsepsiyası Azərbaycanda hazırlanacaq
Biznes
15:55 01 dek, 2022
Qida Təhlükəsizliyi Agentliyində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Cənubi Qafqaz üzrə portfel meneceri Anya Valdraffın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Beynəlxalq İqIim Təşəbbüsü çərçivəsində "Şərq Tərəfdaşlıq Proqramı"na üzv ölkələrdə “Yaşıl sövdələşməyə hazırlığın təşviqi (ProGRess)" layihəsi çərçivəsində görüş keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Qazet.az-a verilən məlumata görə, görüşdə hazırlanmaqda olan və 5 il icra müddəti planlaşdırılan yeni layihənin fəaliyyət çərçivəsi və məqsədi barədə məlumat verilib.
Görüş zamanı layihənin konsepsiyasının Azərbaycanda hazırlanacağı diqqətə çatdırılıb və layihə çərçivəsində mümkün əməkdaşlıq sahələri üzrə müzakirələr aparılıb.