“Yaxın gələcəkdə Tonoyanın çıxış etməsi mümkündür” - Erməni vəkil
Siyasət
17:26 13 okt, 2021
Tonoyan ifadə verməkdən imtina edib, lakin onun çıxışı istisna edilmir
“Birinci instansiya məhkəməsinin keçmiş Müdafiə naziri Davit Tonoyanın həbs edilməsi ilə bağlı qərarı bir həftə əvvəl Apellyasiya Məhkəməsinə şikayət edilsə də, hələ hakim tərəfindən imzalanmayıb”.
Qazet.az xəbər verir ki, bunu erməni vəkil Sergey Hovhannisyan deyib.
Onun sözlərinə görə, Tonoyan ifadə verməkdən imtina edib, üzləşmələr də olmayıb.
“Yaxın gələcəkdə Tonoyanın çıxış etməsi mümkündür. Heç nəyi istisna etmək mümkün deyil”, - deyə Hovhannisyan qeyd edib.