Yazıçı İlqar Fəhmi müsabiqənin QALİBİ OLDU
Gündəm
19:30 25 may, 2022
Pyesə teatrda quruluş veriləcək

Qarabağ – Vətən müharibəsi mövzusunda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının “2783…” adlı pyes müsabiqəsinin qalibi müəyyən olunub.
Qazet.az Kult.az-a istinadən xəbər verir ki, müsabiqəyə təqdim edilən əsərlərdən yazıçı-dramaturq İlqar Fəhminin “Balaca kişilər” pyesi münsiflər heyətinin yüksək qiymətlərini alaraq qalib elan olunub.
Pyesə teatrda quruluş veriləcək və bu il Zəfər günündə tamaşa sənətsevərlərə təqdim olunacaq.
Həmçinin müsabiqə şərtlərinə görə əsər “Azərbaycan” dərgisində işıq üzü görəcək.