Yeddi ölkədən Rusiyaya sərt xəbərdarlıq... - Putin cavab verdi
Rusiya prezidenti Vladimir Putin də Ukraynanı işğal etmək planının olmadığını bildirib.
Prezident Vladimir Putin G7 ölkələrinin nazirlərinin Rusiyanın qonşusunu (Ukrayna) işğal edəcəyi təqdirdə ağır nəticələrlə üzləşəcəyi ilə bağlı xəbərdarlıqlarına reaksiya verib.
Qazet.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskovun açıqlamasında bildirilib.
Onun sözlərinə görə, İngiltərə və müttəfiqlərinin ittihamları Rusiyanı daha da şeytanlaşdırmaq məqsədi daşıyır.
Rusiya prezidenti Vladimir Putin də Ukraynanı işğal etmək planının olmadığını bildirib.
Putinin təkziblərinə baxmayaraq, ABŞ kəşfiyyatı sərhəddəki 175 min rus hərbçisinin gələn ilin əvvəlində Ukraynaya hücum edə biləcəyini təxmin edir.
İngiltərə Xarici işlər naziri Liz Trass G7 xarici işlər nazirlərinin Liverpulda keçirilən görüşündən sonra verdiyi açıqlamada Rusiyaya xəbərdarlıq edib: “Biz bu G7-nin toplantısından Vladimir Putinə çox açıq və vahid mesaj göndərdik. Rusiyanın Ukraynaya hər hansı müdaxiləsi ciddi nəticələrə gətirib çıxaracaq”.
Rusiyanın Ukraynaya müdaxiləsi durumunda İngiltərənin necə cavab verəcəyi ilə bağlı danışan nazir bütün variantların nəzərdən keçirildiyini söyləyib.