Yeddi ştat Baydeni məhkəməyə verdi
ABŞ-ın 7 ştatı prezident Co Baydenə qarşı kollektiv iddia qaldırıb.
Qazet.az xəbər verir ki, bu barədə ABŞ mediası məhkəmə sənədlərinə istinadla məlumat yayıb.
İddianın Ayova, Kanzas, Arizona, Missuri, Nebraska, Cənubi Karolina və Arkanzas ştatları tərəfindən qaldırıldığı bildirilir. İddia Baydeni tələbə borclarını silmək qərarına görə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham edir.
İddianın mətnində deyilir ki, heç bir qanunvericilik sənədi prezident Baydenə öz təşəbbüsü ilə milyonlarla insanı könüllü olaraq götürdükləri borcları ödəmək öhdəliyindən azad etməyə imkan vermir.
Avqust ayında ABŞ prezidenti tələbə borcunu yüngülləşdirmək üçün federal plan elan etdi. Bu, ildə 125.000 dollardan az qazananların 10.000 dollara qədər silinməsi deməkdir.