Yəmən böhranın həllində Küveytin rolu müzakirə edilib
Küveyt Yəmən böhranı məsələsində ABŞ-ın səylərini dəstəkləyir
ABŞ-ın Yəməndəki xüsusi nümayəndəsi telefonla Küveytin xarici işlər naziri ilə Yəməndəki hadisələri müzakirə edib.
Qazet.az ərəb mətbuatına istinadən məlumat verir ki, ABŞ-ın Yəmən üzrə xüsusi nümayəndəsi Timoti Linderkinq Küveytin xarici işlər naziri Əhməd Nasir Əl-Məhəmməd Əs-Sabah ilə telefonla danışıb.
Küveytin xarici işlər naziri ölkəsinin Yəmənin birliyini dəstəklədiyini, ölkədə sabitlik və təhlükəsizliyi bərpa etmək və davamlı sülhə nail olmaq istiqamətində çalışdığını bildirib.
Küvet rəsmisi Yəmən böhranını həll etmək üçün beynəlxalq səyləri asanlaşdırmaq öhdəliyinə sadiq olduqlarını vurğulayıb.
O, bu problemlə bağlı Küveytin ABŞ-ın səylərini dəstəklədiyini bildirib.
Linderkinq də öz növbəsində Yəməndə baş verən son hadisələr və böhranın siyasi həllinə nail olmaq üçün səylərdən danışıb.
Amerikalı diplomat Küveytin Yəməndə təhlükəsizlik və sabitliyin təmin edilməsində, Yəmən xalqının iztirablarının azaldılmasında rolu və töhfəsini yüksək qiymətləndirib.