Bakı 28˚C Sunny

Yəmən hava limanında partalyış olub, 12 nəfər ölüb

Gündəm 12:39 31 okt, 2021

Minalanmış avtomobilin partladılması nəticəsində 12 nəfər həlak olub

Yəmən hava limanında partalyış olub, 12 nəfər ölüb

Yəmənin Ədən beynəlxalq hava limanının girişində minalanmış avtomobilin partladılması nəticəsində 12 nəfər həlak olub.

Qazet.az Trend-ə istinadən bildirir ki, bu barədə Al Arabiya televiziya kanalı xəbər verib.

Məlumata əsasən, minalanmış avtomobil hava limanına aparan otelin yanındakı nəzarət-buraxılış məntəqəsinin girişində partlayıb.

Terror aktına görə məsuliyyəti heç kim üzərinə götürməyib.