Bakı 20˚C Sunny

Yəməndə hava zərbəsi zamanı 100-dən çox husi öldürülüb

Gündəm 21:29 02 noy, 2021

 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası Yəmən prezidenti Abd Rabbo Mansur Hadinin qoşunlarını ölkənin bir hissəsinə nəzarət edən husi üsyançıları ilə qarşıdurmada dəstəkləyir.

Yəməndə hava zərbəsi zamanı 100-dən çox husi öldürülüb

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəmənin strateji əhəmiyyətə malik Marib şəhəri yaxınlığında hava hücumları nəticəsində 115 husi üsyançısının öldürüldüyünü bildirib.

Qazet.az bu barədə cnn-ə istinadən xəbər verir.

Belə ki, son sutka ərzində Maribdən təxminən 50 km cənubda endirilən zərbələr nəticəsində 14 hərbi maşın məhv edilib və 115-dən çox üsyançı öldürülüb.

Yəməndə silahlı münaqişə 2014-cü ilin martından davam edir. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası Yəmən prezidenti Abd Rabbo Mansur Hadinin qoşunlarını ölkənin bir hissəsinə nəzarət edən husi üsyançıları ilə qarşıdurmada dəstəkləyir.