Yəməndə hava zərbəsi zamanı 160-dan çox husi öldürülüb
Gündəm
14:30 17 okt, 2021
Yəməndə husilərə hava zərbələri nəticəsində 160-dan çox üsyançısı öldürülüb

Səudiyyə Ərəbistanının başçılıq etdiyi Ərəb koalisiyasının Yəməndə husilərə hava zərbələri nəticəsində 160-dan çox üsyançısı öldürülüb.
Qazet.az bu barədə "Report"a istinadən xəbər verir.
Aviazərbələr uzun müddətdir husilərlə hökumət qüvvələri arasında şiddətli döyüşlərin getdiyi strateji əhəmiyyətli Marib şəhərinin cənubuna endirilib.
Məlumata görə, son 24 saat ərzində bölgəyə endirilən aviazərbələr nəticəsində 11 ədəd texnika da sıradan çıxarılıb.
Qeyd edək ki, oktyabrın 14-də Yəməndə husilər Marib əyalətinin mərkəzinə yaxın bir sıra əraziləri ələ keçirib.