Bakı 3˚C Windy

Yəməndə humanitar yardım anbarları partladıldı

Gündəm 00:57 12 sen, 2021

 Beş ədəd partlayıcı maddə quraşdırılan pilotsuz uçuş aparatı ilə zərbələr endirdiyi bildirilir

Yəməndə humanitar yardım anbarları partladıldı

Yəməndə “Husi” qiyamçıları ölkənin cənub-qərbində yerləşən Moha limanında humanitar yardım və ərzaqların yerləşdirildiyi böyük anbarlara zərbələr endirib.

Bu barədə ölkənin BMT tərəfindən tanınan hökumətinin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qiyamçıların Bab ül-Məndəb boğazının yaxınlığındakı dəniz limanına ballistik raket və beş ədəd partlayıcı maddə quraşdırılan pilotsuz uçuş aparatı ilə zərbələr endirdiyi bildirilir.

Nazirlik BMT-ni “husi”lərin hücumlarına qarşı sərt mövqe tutmağa çağırıb.