Bakı 32˚C Intermittent clouds

Yəməndə husilərin yüksək rütbəli zabitləri zərərsizləşdirilib

Gündəm 12:45 19 okt, 2021

 İki yüksək vəzifəli komandirin zərərsizləşdirildiyi bildirilib

Yəməndə husilərin yüksək rütbəli zabitləri zərərsizləşdirilib

Yəmən ordusu Maarib əyalətində "Ənsarullah" hərəkatının (husilər-red) iki yüksək vəzifəli komandirinin zərərsizləşdirildiyini bildirib.

Qazet.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Yəmən ordusunun mətbuat mərkəzinin rəhbəri Salih əl-Kutaybi tviterdəki hesabında yazıb.

"Husi ordusunun baş qərargahının rəis müavini Əbu Salih əl-Maddani Maaribdə döyüş meydanında ətrafı ilə birlikdə öldürülüb", - Yəmən ordusunun mətbuat mərkəzinin başçısı bildirib.

Əl-Kutaybi həmçinin qeyd edib ki, Maaribdə əl-Maddani ilə yanaşı, husilərin ehtiyat qüvvələrinin komandanı, hərbi obyektlərin mühafizəsinə cavabdeh olan Məhəmmədi əl-Bannus da öldürülüb.

Yəmən ordusunun nümayəndəsi əməliyyatın detallarını açıqlamayıb.