Bakı 7˚C Intermittent clouds

Yəməndə məscidə qumbara atılması nəticəsində 1 nəfər ölüb, 20 nəfər yaralanıb

Gündəm 00:25 03 dek, 2022
Yəməndə məscidə qumbara atılması nəticəsində 1 nəfər ölüb, 20 nəfər yaralanıb

Yəmənin şərqindəki Hadramaut əyalətində məscidə qumbara atılması nəticəsində 1 nəfər ölüb, 20 nəfər yaralanıb.

Bu barədə Qazet.az xarici mətbuata istinadən xəbər verir.

Bildirilib ki, hücum edən şəxs Vadi Haul kəndindəki məsciddə cümə namazı qılınan zaman əl qumbarası atıb.

Qeyd edilib ki, təhlükəsizlik orqanları həmin şəxsi saxlayıb.