Yəməndə mina partlaması nəticəsində 3 nəfər ölüb
Hadisə
01:38 17 dek, 2022
Yəmənin qərbindəki Hudeyda əyalətinin Hays rayonunda mülki vətəndaşlar minaya düşüb.
Qazet.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri 2015-ci ilin mart ayından husilərə qarşı Yəmən hökumətinə dəstək verir.
Yəmən hökuməti və insan haqları hesabatlarına görə, 2014-cü ildə vətəndaş müharibəsi başlayandan bəri İranın dəstəklədiyi husilər ölkə daxilində 2 milyona yaxın mina basdırıb.