Bakı 8˚C Sunny

Yeməyin hansı saatda yeyilməsi psixikaya təsir edir

Maraqlı 22:11 20 sen, 2022
Yeməyin hansı saatda yeyilməsi psixikaya təsir edir

Yemək yeyilmə vaxtı insan psixikasına təsir edir.

Qazet.az xəbər verir ki, Brigham Hospital kiçik elmi araşdırmada gecə saatlarında yemək yeyənlərin ciddi psixi problemlər yaşadığını sübut edib.

Qida qəbulunda heç bir yeniliyə ehtiyac yoxdur. Ənənəvi səhər, günorta, axşam yeməyi qrafikinə əməl etməlidir.

Lakin çox insanlar iş rejiminə görə buna əməl etmir.

Gecə yeyib yatanlarda təşviş pozuntusu və depressiya əmələ gəlir.

Bu insanlar psixi dözümsüz olur.

Yeməyin vaxtında yeyilməməsi orqanizmin sirkad ritmini pozur.

Burdan da psixi dözümsüzlük başlayır.

Alimlər təşviş pozuntusu və depressiyası olan insanların qidalanma vaxtını dəyişməyin onların əhvalına təsir edəcəyini bildirib.

Məsələn, xəstəxana, təcili yardım, fabriklərdə işləyənlərdə qida rejimi dəyişik olduğu üçün depressiyadan daha çox əziyyət çəkirlər.