Yen qasırğası Kubada əkin sahələrini məhv edib
Xəbərlər
10:14 01 okt, 2022
Yen qasırğası Kubada 8 500 hektardan çox əkin sahəsini məhv edib.
Qazet.az xəbər verir ki, bu barədə “Tribuna de La Habana” nəşri məlumat yayıb.
Təbii fəlakət nəticəsində 5 200 hektar banan, 1400 hektar kakao plantasiyası məhv olub. Bundan başqa qasırğa pomidor, düyü və qarğıdalı sahələrini də dağıdıb. Pinar del Rio əyalətində isə təbii fəlakət 200 ton qurudulmuş tütün yarpağını yararsız hala salıb.