Yeni Baş Nazir Liz Trass kimdir? – ARAŞDIRMA
Bu gün Böyük Britaniyanın yeni Baş Naziri məlum oldu.
Qazet.az xəbər verir ki, Mühafizəkarlar partiyasının üzvü Liz Trass London meri Rişi Sunakı qabaqlayaraq Britaniyanın yeni Baş Naziri oldu.
O, vəzifəsinin icrasına sabahdan başlayacaq.
Bəs, yeni Baş Nazir haqqında nələri bilirik?
Meri Elizabet Trass 26 iyul 1975-ci ildə, Oksford, İngiltərədə dünyaya gəlib. Kiçik yaşlarından Elizabet yox, Liz adı ilə daha çox tanınır. 1996-cı ildə ali təhsilini başa vuran Liz elə həmin il Mühafizəkarlar Partiyasına üzv seçilir. Elizabet Oksforddakı Merton Kollecində fəlsəfə, siyasət və iqtisadiyyat üzrə təhsil alıb.
Elizabet 2010-cu ildə parlamentə daxil olub.
O, 2010-cu ildə Norfolk ştatının cənub-qərbi üzrə Mühafizəkarlar Partiyasından deputat seçilib.
O, 2012-ci ilin sentyabrında Təhsil və Uşaq Nəzarəti üzrə Parlament Dövlət Katibinin müavini təyin edilib. Elizabet 2014-cü ilin iyulundan 2016-cı ilin iyul ayına qədər Ətraf Mühit, Ərzaq və Kənd Məsələləri üzrə Dövlət Katibi vəzifəsində çalışıb.
Elizabet 2016-cı ilin iyulundan 2017-ci ilin iyun ayına qədər Ədliyyə üzrə Dövlət Katibi olub.
O, 2017-ci ilin iyunundan 2019-cu ilin iyuluna qədər Dövlət xəzinəsinin Baş Katibi olub.
Elizabet Trass 15 sentyabr 2021-ci ildə Xarici İşlər, Birlik və İnkişaf Məsələləri üzrə Dövlət Katibi vəzifəsinə təyin edilib. O, 10 Sentyabr 2019-cu ildə Qadınlar və Bərabərlik üzrə Nazir təyin edilib.
Elizabeth əvvəllər Reformlar üzrə Direktor müavini olub. O, həmçinin 10 il enerji və telekommunikasiya sənayesində kommersiya meneceri və iqtisadiyyat direktoru kimi çalışıb və ixtisaslı idarəetmə mühasibidir.
Evlidir, 2 övladı var.
AZAD NURİYEV