Yeni doğulan uşağını görə bilməyən kişi özünü yandırdı
Gündəm
10:54 21 noy, 2022
Bakıda özünü yandıran kişi ölüb.
Qazet.az xəbər verir ki, hadisə Sabunçu rayonu Nardaran qəsəbəsində qeydə alınıb. 34 yaşlı Hacıyev Əfqan Xanlar oğlu yaşadığı evdə benzin tökərək özünü yandırıb.
O, dərhal xəstəxanaya yerləşdirilib. Ancaq həkimlərin müdaxiləsinə baxmayaraq, Ə.Hacıyev xəstəxanada dünyasını dəyişib.
İlkin ehtimala görə, Əfqanın yeni körpəsi doğulub. Lakin uşağı ona göstərməyiblər. O da bu səbəbdən özünü yandırıb.
Hazırda faktla bağlı araşdırma aparılır. İntiharın dəqiq səbəbi araşdırmadan sonra bilinəcək.