Bakı 16˚C Mostly cloudy

Yeni il gecəsində qar yağacaq? – Nazirlikdən açıqlama

Cəmiyyət 16:05 29 dek, 2021

Nazirlik nümayəndəsi Yeni İl gecəsi ən çox yağıntının 2009-cu ildə olduğunu bildirib

Yeni il gecəsində qar yağacaq? <span style="color:red">– Nazirlikdən açıqlama</span>

Yeni il gecəsində qar yağacağı gözlənilmir.

Qazet.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva jurnalistlər üçün təşkil olunan mətbuat konfransında deyib.

Nazirlik nümayəndəsi Yeni İl gecəsi ən çox yağıntının 2009-cu ildə olduğunu bildirib:

"Son illərdə Yeni il gecəsi qar 2007, 2009, 2012, 2016-cı illərdə yağıb. 2009-cu il bayram günü ən soyuq hava müşahidə edilib, iki dərəcə şaxta olub. Hətta o gün qar örtüyü 14 sm olub. Bu bayramda isə qar yağacağı gözlənilmir".