Bakı 14˚C Cloudy

Yeni il şənlikləri ləğv edildi

Gündəm 18:17 24 dek, 2021

Epidemiya səbəbiylə Covid-19 hadisələrinin və ölümlərinin sayının sürətlə artdığı Yunanıstanda hökumət ciddi karantin qaydaları qoydu.  

Yeni il şənlikləri ləğv edildi

Epidemiya səbəbiylə Covid-19 hadisələrinin və ölümlərinin sayının sürətlə artdığı Yunanıstanda hökumət ciddi karantin qaydaları qoydu.  

Qazet.az  aviatravel.az-a istinadən bildirir ki, açıqlamaya görə, konsertlər və tədbirlər zamanı açıq havada və ya ictimai yerlərdə maska ​​taxmaq məcburi oldu. Yeni il üçün planlaşdırılanlar şənliklər ləğv edildi.

Hökumətin qəbul etdiyi qərarların yanvar ayına qədər qüvvədə olduğunu bildirən Yunanıstanın Səhiyyə Naziri Thanos Plevris maska ​​taxmaq məcburiyyətinin zəruri olduğunu vurğulayaraq, əhalinin yüzdə 80-nin tezliklə vaksinasiyanı tamamlanacağını bildirib. 

Noyabr və dekabr aylarında epidemiyadan ölüm hallarında böyük artımın olduğu Yunanıstanda hazırda əhalinin dörddə biri tam peyvənd olunub.