Yeni ilə ilk və son girən ölkələr
Müxtəlif ölkələrin Yeni il adətləri fərqli olduğu kimi, saat qurşağına görə qarşılanması, qeyd olunması da fərqlidir. Bəs 2023-cü ili ilk və son hansı ölkə qarşılayacaq?
Qazet.az xəbər verir ki, hər il olduğu kimi yenə yeni ilə ilk girən ölkə Sakit okeanda ada dövləti olan Kiribati olacaq. Kiribati 2023-cü ilə Azərbaycan vaxtı ilə 12:00-da daxil olacaq.
Saat 14:00-da Yeni Zellandiya, 17:00-da isə Avstraliya yeni ilə girəcək.
Çin 20:00-da 2023-cü ilə daxil olacaq.
Rusiya bir neçə saat diliminə daxil olmasına baxmayaraq Yeni ilə 21:00-da qədəm qoyacaq.
İndoneziya da 21:00-da Yeni ilə daxil olmuş olacaq.
Tayland, Çibuti və Viyetnam da 21:00-da Yeni ilə daxil olacaqlar.
Banqladeş 22:00-da Yeni ili qarşılayacaq.
Əfqanıstan 23:30-da Yeni ilə qədəm qoyacaq.
Macarıstan, Fransa, Almaniya, Xorvatiya, İtaliya, Çexiya kimi Avropa ölkələri isə Yeni ili gecə 03:00-da ən gec qarşılayan ölkələrdən olacaq.