Bakı 1˚C Partly sunny

Yeni ilin ilk həftəsində baş verən dəhşətli hadisələr

Gündəm 17:55 03 yan, 2023
Yeni ilin ilk həftəsində baş verən dəhşətli hadisələr

 

Yeni ilin ilk həftəsi paytaxtda və regionlarda dəhşətli yol qəzaları və partlayışlarla yadda qalıb. 

Qazet.az xəbər verir ki, yanvarın 1-də paytaxtın Heydər Əliyev prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində 5 nəfər dünyasını dəyişib.

Yanvarın 2-də Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında məişət qazının sızması nəticəsində partlayış baş verib, 1 nəfər həlak olub, 2 nəfər xəsarət alıb.

Yanvarın 3-də Qaradağda 3 avtomobil toqquşub, yanacaq daşıyan maşın partlayıb, bir nəfər dünyasını dəyişib.