Yeni qanun layihəsi ilə bağlı ictimai dinləmə keçiriləcək
Cəmiyyət
13:15 20 okt, 2022
Oktyabrın 24-də Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ictimai-siyasi əhəmiyyəti nəzərə alınaraq ictimai dinləmə keçiriləcək.
Bu barədə Qazet.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qeyd edək ki, Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələrinin müraciəti əsasında parlamentdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması ilə bağlı müvafiq iş aparılır.