Bakı 3˚C Dreary

"Yeni şöbələrin açılması üzərində çalışırıq" - Taner Özbək

Eksklüziv 17:20 08 dek, 2022
"Yeni şöbələrin açılması üzərində çalışırıq" - Taner Özbək

"Liv Bona Dea Hospitalı"nda "Uşaq ürək mərkəzi"nin təqdimat mərasimi keçirilib. 

Qazet.az xəbər verir ki, tədbirdən sonra hospitalın direktoru Taner Özbək jurnalistlərin suallarını cavablandırıb.

O, tədbirin mahiyyəti haqqında danışıb:

"Bir çox müalicə mərkəzlərində yeni şöbələrin açılması üzərində çalışırıq. Bu baxımdan "Uşaq ürək mərkəzi"ni açdıq. Xarici ölkələrdə verilən müalicənin eynisinin burada tətbiq edə biləcək imkanlara sahibik. Mərkəzimiz, nevroloji, endokronologiyası, hemotologiyası ilə bütün sahələrdə xidmət göstərir. Burada komanda fəaliyyət göstərir. Uşağın doğulacağı tarixdən, seçəcəyiniz məkandan başlayaraq bu tipli geniş ixtisaslaşmaların olduğu mərkəzin mövcudluğuna diqqət yetirin. Çünki bugünkü təqdimatda gördüyünüz kimi, bu cür hallar zarafat deyil. Doğumdan qısa müddət sonra dərhal tətbiq edə biləcək hallar müşahidə oluna bilər. Ona görə də qərarınızı buna, bu tip uşaq mərkəzlərinin mövcud olduğu yerə əsasən verin".