Yeni təhlükəli COVID ştammının adı bəlli oldu
Cəmiyyət
12:48 27 noy, 2021
Cənubi Afrikada aşkarlanan yeni koronavirus ştamına “Omicron” adını verib
![Yeni təhlükəli COVID ştammının adı bəlli oldu](https://qazet.az/resized/fit900x500/center/pages/38874/14a34b0b-f7ca-4f3d-87a6-ba31342dd738.jpeg)
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Cənubi Afrikada aşkarlanan yeni koronavirus ştamına “Omicron” adını verib.
Qazet.az xəbər verir ki, ilkin məlumatlara görə, “Omicron” ştamı daha yüksək yoluxma riski daşıyır.
ÜST Cənubi Afrikada 77, Botsvanada 4, Honq Konqda 2, İsrail və Belçikada hər birində 1 yoluxma aşkarlanan “B.1.1.529” ştamını “Omicron” adlandırıb.
Qeyd edilir ki, “Omicron” ştamı Cənubi Afrikanın bütün bölgələrində artır.
Belçika Avropada ilk təsdiqlənmiş yeni koronavirus ştamını görüb. Bu hadisə 11 noyabrda Misirdən qayıdan və 11 gün sonra simptomlarını hiss edən gənc, peyvənd edilməmiş bir qadın kimi təsvir edilib.