Bakı 3˚C Cloudy

Yeni Zelandiyada 5 bal gücündə zəlzələ olub

Hadisə 08:44 24 noy, 2022
Yeni Zelandiyada 5 bal gücündə zəlzələ olub

Sakit okeanın cənubunda Yeni Zelandiyanın Kermadec arxipelaqı sahillərində cümə axşamı 5 bal gücündə silsilə yeraltı təkanlar qeydə alınıb.

Qazet.az xəbər verir ki, bu barədə Avstraliyanın Dövlət Geologiya Bürosundan bildirilib.

Məlumata əsasən, yeraltı təkanların episentri Oklend şəhərindən 800 kilometr şimal-şərqdə, ocağı isə 54 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar, xəsarət alanlar və sunami təhlükəsi barədə məlumat verilməyib.