Bakı 2˚C Mostly cloudy

Yeni Zelandiyada səsvermə yaşına dəyişiklik etməyi planlaşdırırlar

Gündəm 06:09 22 noy, 2022
Yeni Zelandiyada səsvermə yaşına dəyişiklik etməyi planlaşdırırlar

Yeni Zelandiyada səsvermə yaşı 18-dən 16-ya endirilə bilər.

Ölkənin Baş naziri Casinda Ardern bildirib ki, müvafiq qanun layihəsinin parlamentin müzakirəsinə çıxarılması planlaşdırılır.

Onun sözlərinə görə, parlament qanunvericiliyə dəyişiklikləri qəbul etsə belə, onlar 2026-cı ildən tez qüvvəyə minməyəcək.