Yer kürəsində yeni təhlükəli virus yaranacaq - ÜST rəhbəri anons verdi
Bioloji nöqteyi-nəzərdən, nə vaxtsa bizim qarşısını ala bilməyəcəyimiz başqa bir virusun yayılacağı dəqiqdir
Dünya üçün yeni qarşısıalınmaz virus barədə xəbərdarlıq edilib.
Qazet.az xəbər verir ki, belə bir xəbərdarlıqla Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus çıxış edib.
ÜST rəhbəri bildirib ki, Yer kürəsində yayılmasının qarşısını almaq qeyri-mümkün olan başqa bir virusun nə vaxtsa yaranması bioloji baxımdan danılmazdır: "Bu pandemiyaya son qoysaq belə, yarana biləcək növbəti pandemiyaya hazırlaşmaq üçün bundan dərs çıxarmalıyıq. Bioloji nöqteyi-nəzərdən, nə vaxtsa bizim qarşısını ala bilməyəcəyimiz başqa bir virusun yayılacağı dəqiqdir”.
Qebreyesusun sözlərinə görə, qlobal birliyin "gücləndirilmiş” ÜST-ə, pandemiya ilə mübarizənin təmini üçün yeni maliyyə mexanizminə, həmçinin səhiyyə sferasında təhlükələrlə mübarizənin maliyyələşməsi üzrə yeni şuranın yaradılması ilə daha təsirli idarəetməyə ehtiyacı var.