Yermak MİT rəisi ilə görüşdü - Türkiyəyə kritik təklif
Gündəm
00:05 05 okt, 2022
Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəisi Hakan Fidanla görüşüb.
Qazet.az xəbər verir ki, Yermak bu barədə Tvitter hesabında açıqlama verib.
“MİT rəisi Hakan Fidanla görüşüm zamanı şəxsən 215 hərbçinin azad edilməsinə və “Azovstal” müdafiəçilərinə Türkiyədə yaradılan şəraitə görə təşəkkür etdim. Ukrayna Türkiyə ilə etibarlı tərəfdaşlığı yüksək qiymətləndirir və gələcəkdə sıx əməkdaşlığa ümid edir”, - Ukrayna rəsmisi bildirib.