Bakı 37˚C Sunny

Yevlax polisi əməliyyat keçirib, 7 nəfər saxlanılıb

Hadisə 13:40 03 noy, 2021

Faktlarla bağlı Yevlax RPŞ-də araşdırmalar aparılır

Yevlax polisi əməliyyat keçirib, 7 nəfər saxlanılıb

Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirimiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı, əldə olunması və daşınması ilə əlaqədar 7 nəfər tutularaq istintaqa cəlb edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Qazet.az-a verilən məlumata görə, Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş müvafiq tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Rəşid Ələkbərov, Miri Rüstəmov, Elnur Mehdiyev, Ramin Şahsuvarov, Anar Bəylərov, Səbuhi Məmmədov və Emil Əliyev saxlanılıblar.

Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı M.Rüstəmova məxsus heroin və külli miqdarda metamfetamin, E.Əliyev, A.Bəylərov, S.Məmmədovdan heroin, R.Ələkbərovdan bir kiloqrama yaxın marixuana, eləcə də R.Şahsuvarov və E.Mehdiyevdən də marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı Yevlax RPŞ-də araşdırmalar aparılır.