Bakı 9˚C Rain

Yevlaxda avtomobil maneəyə çırpılıb, ana və qızı xəsarət alıb

Hadisə 22:06 31 dek, 2022
Yevlaxda avtomobil maneəyə çırpılıb, ana və qızı xəsarət alıb

Yevlax rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Qazet.az-ın məlumatına görə, hadisə Yevlax-Xanabad yolunda qeydə alınıb.

Minik avtomobilinin idarəetmədən çıxaraq maneəyə çırpılması nəticəsində 1990-cı il təvəllüdlü A.Ağayeva və 8 yaşlı qızı xəsarət alıb.

Yaralıların hər ikisi xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.