Yevlaxda pambıqyığan kombayn yanıb
Gündəm
18:24 30 noy, 2021
Hadisə rayonun Kolanı kəndindəki pambıq sahələrindən birində qeydə alınıb

Yevlax rayonunda pambıqyığan kombayn yanıb.
Qazet.az-ın məlumatına görə, hadisə rayonun Kolanı kəndindəki pambıq sahələrindən birində qeydə alınıb.
Belə ki, pambıq sahəsində biçin işlərinin aparıldığı zaman kombayn ərazidən keçən yüksək gərginlikli elektrik xəttinə toxunub. Nəticədə kombayn yanmağa başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xaçmaz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən texnikası cəlb edilib.