Yevlaxda qadının yanaraq ölməsi faktı araşdırılır
Səidə İmran qızı Hüseynovanın yanaraq ölməsi faktına görə Yevlax rayon prokurorluğunda istintaq aparılır
Göygöl rayon polis şöbəsinin İstintaq bölməsində cinayət məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində həbs qətimkan tədbiri seçilən Elnur Rasim oğlu Hüseynovun 14.04.2021-ci il tarixdə Yevlax rayonu Aşağı Bucaq kəndində yerləşən sexdə 1968-ci il təvəllüdlü Səidə İmran qızı Hüseynovanın yanaraq ölməsi faktına görə Yevlax rayon prokurorluğunda istintaqı aparılan cinayət işi üzrə həmin hadisədə iştirakının olub-olmaması istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Bu barədə Qazet.az-a Baş prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
İctimaiyyətə əlavə məlumat veriləcək.