Yığmamız böyük hesabla uduzdu
İdman
16:20 26 okt, 2022
17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.
Qazet.az xəbər verir ki, milli Latviyada keçirən oyunda Slovakiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Görüş rəqibin 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Azərbaycan millisi ilk oyunda Latviyaya 0:4 hesabıyla uduzub.
26 oktyabr
Avropa çempionatı
Seçə mərhələ, II tur
14:00 Azərbaycan – Slovakiya - 0:5
Hakimlər: Anastasiya Romanyuk, Oleksandra Vdovina (Ukrayna), Sophie Dennington, Lisa Benn (İngiltərə)
Salaspils. Salaspils BSS stadium