Bakı 2˚C Sunny

Yığmamızın keçmiş üzvü bədbəxt hadisə nəticəsində öldü

İdman 13:47 04 apr, 2022

30 yaşlı cüdoçu Təbrizdəki idman zallarının birində olarkən, elektrik cərəyanı vurması nəticəsində ölüb

Yığmamızın keçmiş üzvü bədbəxt hadisə nəticəsində öldü

Azərbaycanın kişilərdən ibarət cüdo yığmasının keçmiş üzvü Araş Ağayi bədbəxt hadisə nəticəsində həyatını itirib.

Qazet.az xəbər verir ki, 30 yaşlı cüdoçu Təbrizdəki idman zallarının birində olarkən, elektrik cərəyanı vurması nəticəsində ölüb.

Qeyd edək ki, əslən cənubi azərbaycanlı olan Araş Ağayi İran bayrağı altında 2013-cü ildə gənclər arasında Asiya çempionatının bürünc medalını qazanıb. Bir müddət Azərbaycan yığmasının heyətində mübarizə aparan idmançı bir sıra beynəlxalq turnirlərdə ölkəmizi təmsil edib.