Bakı 0˚C Mostly cloudy

"Yol-nəqliyyat hadisələrində əsas səbəb sürətdir" - Elşad Hacıyev

Gündəm 12:38 15 dek, 2022
"Yol-nəqliyyat hadisələrində əsas səbəb sürətdir" - Elşad Hacıyev

"Baş verən yol-nəqliyyat hadisələrində əsas səbəb sürətdir".

Qazet.az xəbər verir ki, bunu DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev öz "Facebook" hesabında yazıb.

"Əziz dostlar, doğmalarınıza, yaxınlarınıza imkan verməyin avtomobili yüksək sürətlə sürsünlər. Onlara anladın ki, onları gözləyən var. Baş verən yol-nəqliyyat hadisələrində əsas səbəb sürətdir, sürətdir, sürətdir. Sürət yolu deyil, ömrü qısaldır", - o bildirib.

Xatırladaq ki, bu gün səhər saatlarında Bakı-Quba yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində "Mercedes-Vito" markalı mikroavtobusla TIR toqquşub.

Nəticədə mikroavtobusun sürücüsü də daxil olmaqla 6 nəfər həlak olub, TIR sürücüsü xəsarət alıb.