Yol qəzası: Piyada öldü
Gündəm
09:49 05 dek, 2022
![Yol qəzası: Piyada öldü](https://qazet.az/resized/fit900x500/center/pages/128769/bd73afed-5aa8-3d30-a64e-b94b71b056bb-850.jpg)
Göyçayda avtomobil piyadanı vuraraq öldürüb
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Qazet.az-a verilən məlumata görə, rayonda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayon sakini Fərid Zəkəriyəyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə Bığır-Hacalıkənd yolunda hərəkətdə olan zaman piyada, 1957-ci il təvəllüdlü Vasib Cəlilovu vurub.
Xəstəxanaya yerləşdirilən V.Cəlilov orada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.